Makedoniyada etirazçılar deputatları döydü

Makedoniyada yerli etnik alban Talat Haferinin parlamentin spikeri seçilməsindən sonra “Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri  parlamentin binasına daxil olub. Onlar müxalifət lideri Zoran Zayevi vəonun rəhbəri olduğu Makedoniyanın Sosial-demokratik  ittifaqından olan bir neçə deputatı döyüb. Bu barədə Reuters agenliyi məlumat verib.

Makedoniyalı deputatları 62 səslə alban milli azlıqlarını təmsil edən partiyanın nümayəndəsi Haferini qanunverici  orqanın sədri seçib. Səsvermənin nəticələri elan ediləndən sonra parlamentin binası qarşısında etiraz edən “Vahid Makedoniya uğrunda” hərəkatın fəalları zala daxil olub və müxalifətçi deputatlara hücum ediblər.

Qeyd edək ki, Haferi Makedoniya parlamentinin spikeri seçilən ilk etnik albandır.

Fizzə