Sabah AXCP fəalının məhkəməsidir

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Fuad Əhmədlinin məhkəmə prosesi davam etdiriləcək.

Aprelin 13-də hakim Fikrət Qəribovun sədrliyi ilə başlanan iclasda məhkəmənin tərkibi və Fuad ƏIhmədlinin anket məlumatları elan edildikdən sonra proses aprelin 25-i saat 10-dək təxirə salınmışdı.

Təxirə salınmaya məhkəmə iclasının vaxtı ilə bağlı Fuad Əhmədli və vəkilə gec məlumat verilməsi səbəb olmuşdu.