Çempionlar Liqasında yarımfinalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Mərasimdə yarımfinal cütlükləri bəlli olub.

Püşk iki Madrid klubunu – “Real” və “Atletiko”nu üz-üzə qoyub. Digər cütlükdə isə “Monako” “Yuventus”la mübarizə aparacaq.

Çempionlar Liqası

Yarımfinal

“Real” (İspaniya) – “Atletiko” (İspaniya)

“Monako” (Fransa) – “Yuventus” (İtaliya)

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Final matçı isə iyunun 3-də keçiriləcək.