İlin ən gözəl qadını Culiya Roberts oldu

“People” jurnalı Hollivud aktrisası Culiya Robertsi ilin ən gözəl qadını elan edib.

Aktrisa bununla 5-ci dəfə həmin titula layiq görülərək rekorda imza atıb.

Roberts ilk dəfə 1991-ci ildə 23 yaşı olarkən “Ən gözəl insanlar” jurnalının üz qabığında yer almışdı.

Hazırda 49 yaşı olan Hollivud ulduzu jurnalın bu seçiminə inana bilmədiyini açıqlayıb.

Lent.az