Qiyas İbrahimov vəkili ilə görüşüb

Bu gün, Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında Qiyas İbrahimovla görüşüb. O, bu barədə fb səhifəsində məlumat yayıb:

“Əhvalı yaxşıdır, hər kəsə salamını çatdırmağımı xahiş etdi.
Gözlərindəki ağrılar davam edir. Həkim gözlərini müəyinə edib Qiyas İbrahimova dərman və eynək yazıb.
Eyni zamanda Qiyas İbrahimov yenidən mənə zərfdə məktub göndərib, zərfin dörd bir tərəfini zərfin tamlığı pozulmasın və zərf açılmasın deyə imzalayıb. Ümid edirəm ki, bu dəfə həbsdə qalan şəxsin hüquqları pozulmayacaq və vəkili ilə konfedensial ünsiyyət saxlamasına imkan veriləcək.”

azadliq.info