Türkiyədə tarixi referendum: Ərdoğanın istədiyi oldu

Baş nazir Binəli Yıldırım referendumda qələbələri münasibətilə eyvan çıxışı edib. AKP mərkəzi qərargaı önünə toplananlar qarşısında çıxış edən B.Yıldırım “Bu referendumun uduzanı yoxdur, udanı isə Türkiyədir” deyə bildirib. Baş nazirin çıxışı həmrəylik mesajı üzərində qurulub. O, “birliyimizi, bərabərliyimizi gözümüz kimi qoruyacağıq” deyib. B.Yıldırım bu referendumla prezidentlik üsul-idarəsinə keçidi “Türkiyənin demokratiya tarixində yeni səhifə” adlandırıb.

***

Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum başa çatıb. Son məlumatlara görə, səslərin 98%-dən çoxu sayılıb. 51%-dən çox dəyişikliklərə “hə” deyib.

Səsvermədə 86% seçixilərin 86%-nin iştirak etdiyi bildirillir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq “qələbə çıxışı” edib və Konstituiyaya təklif olunan dəyişikliklərin səs çoxluğu ilə dəstəkləndiyini bildirib.

Bu arada refrendumun nəticələri ilə bağlı müxalif cəbhədən də etiraz səslər gəlməyə başlayıb. CHP sədri Kamal Kılıçdaroğlu referendumda nəticələrinə etiraz edəcəklərini açıqlayıb. Kılıçdaroğlu “etiraz edəcəyimiz 60% sandıq var” deyib.

MHP-nin keçmiş simalarından Meral Akşener də nəticələrə etirazını bildirərək “Vəkilimizin söylədiyinə görə YSK-dan (Mərkəzi Seçki Komissiyası – red.) gələn məlumatların nəticəsi bu anda 52% “xeyr”, 48% “bəli”dir ” deyib.

Müxaliflər eyni zamanda YSK-nın kənardan gətirildiyi isbat olunmayan möhürsüz zərf və bülletenlərin sayılacağına dair qərarına da etirazlarını bildiriblər.

Artıq  Avrupa Parlamenti də referenduma münasibətini açıqlayıb. Qurumun Türkiye üzrə məruzəçisi Kati Piri referendum nəticələri ilə bağlı yazılı açıqlamasında “Türkiyədəki bütün demokratlar üçün üzücü bir gün” deyib.

***

Artıq Türkiyə prezidenti Ərdogan, MHP lideri Dövlət Baxçalı və CHP lideri Kamal Klıcdaroğlu səsvermə hüquqlarından istifadə ediblər.




***

Diyarbəkirdə referendum qarşıdurması-Ölü və yaralılar var


Türkiyədə seçki məntəqəsində qanlı qarşıdurma baş verib.

Diyarbakırın Çermik mahalında seçki məntəqəsinin yerləşdiyi məktəbin bağçasında iki qrup arasında silahlı qarşıdurma baş verib. Məlumata görə, qarşıdurma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

***

Türkiyədə ölkə tarixində sayca yeddinci referendum keçirilir.

Ölkə vətəndaşları Konstitusiyanın 18 maddəsinə dəyişiklik edilməsi ilə bağlı səs verəcəklər.
Hazırkı referendumda Türkiyədə açılan 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.
Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.