
Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Forvard milli çempionatda “Malaqa” ilə oyunda meydandan qovulub və bu qərarına görə hakimi alqışlayıb. Sonradan La Liqa rəhbərliyi “göy-qırmızılar”ın futbolçusunu üç oyunluq cəzalandırmaq qərarına gəlib.
Neymar komandasına “Real” ilə El-Klassiko matçında, həmçinin “Real Soseydad” və “Ososuna”ya qarşı oyunlarda kömək edə bilməyəcək.
Cari mövsümdə forvardın aktivində 26 oyuna 9 qol var.