Evi yanan Qarabağ qazisinə dəyən ziyan ödənilmir VİDEO

Qarabağ müharibəsi əlili İlqar Cəlilov Qax rayon İcra şöbəsinin məmurlarından şikayətlənir.
Şikayətçi bildirir ki, 2 il əvvəl ona məxsus ev elektrik təchizatındakı nöqsanlar ucbatından yanıb.  Məhkəmə prosesləri zamanı Qax Rayon Elektrik şəbəkəsi işçilərinin səhlənkarlığı sübuta yetirilib. Amma nədənsə regional idarənin rəhbəri məsuliyyətdən kənar qala  bilib. Cəlilov İlqarın bildirdiyinə görə uzun şikayətlərdən sonra məhkəmə dəymiş zərərin ödənilməsi barədə  onun xeyrinə qərar verib. Amma Qax rayon İcra şöbəsinin məmurları məhkəmə qərarını yerinə yetirmək istəmirlər.
Qarabağ qazisi dəfələrlə yüksək vəzifəli məmurların qəbulunda olsa da, ona kömək  edilmədiyini bildirib. Növbəti dəfə Ədliyyə nazirliyinin qarşısındakı müraciətini saytımızın izləyicilərinə təqdim edirik.

azadliq.info