
Bu barədə şirkətin baş direktoru Vitali Savelyev məlumat verib.
“Biz “Mançester Yunayted”lə yenidən müqavilə imzaladıq. O, beş il müddətinə nəzərdə tutulub. Saziş əvvəlki müqavilənin müddəti başa çatdıqdan sonra qüvvəyə minəcək”, – deyə Savelyev bildirib.
Məsələnin maliyyə tərəfi açıqlanmır, lakin cari müqaviləyə görə “MY” “Aeroflot”dan ilinə təqribən 40 milyon dollar alır.
Cari mövsümdə “Mançester Yunayted” Premyer-Liqada 29 oyundan sonra 54 xal ilə altıncı yeri tutur.