ABŞ Əsədi devirmək üçün koalisiya qurur

Vaşington Surayada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadəyə cavab olaraq bu ölkəyə hərbi müdaxiləyə hazırlaşır. Almaniyanın Deutsche Welle saytı belə sensasion məlumat dərc edib. Sayt Ağ Ev administrasiyasının əməkdaşına istinad edərək bildirir ki, Pentaqonun rəhbəri Ceyms Mattis prezident Trampa bir neçə reaksiya variantı tədim edib.

Dövlət katibi Tillerson ABŞ-ın baş vermiş hadisəyə reaksiya olaraq Əsədin devrilməsi üçün beynəlxalq koalisiya yaratmaq niyyətində olduğunu bildirib. Deutsche Welle onu da qeyd edir ki, qəti addımlar atmağın zəruriliyi prezident Trampın mövqeyi ilə birbaşa bağlıdır.

***

ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı hərbi müdaxilə qərarı verməyə hazırlaşır.

“CNN International”ın məlumatına görə, Tramp bunu Konqres üzvlərinə də elan edib və fikrində ciddi olduğunu bildirib.

ABŞ prezidentinin bu addımına Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi səbəb olub.
Qeyd edək ki, Tramp dünən İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfransında kimyəvi silahdan istifadəni Əsəd rejiminin xain davranışı və bütün hədləri aşması kimi qiymətləndirmiş, buna qarşı səssiz qalmayacaqlarını bəyan etmişdi.

Gültəkin