Güney Azərbaycandanam

O necə də gözəl dedi (“O səs Türkiyə” yarışmasında):

– Türkəm. Güney Azərbaycandanam.

Əllərimdə qızıl Günəş,
Gözlərimdə min bir ulduz.
Tarixlərin o başından
Yol gəlirəm, yolum – dümdüz.
Türkəm, ulu bir qandanam,
Güney Azərbaycandanam!

Min illərcə aşınmayan,
Türklüyündən daşınmayan.
Keçmişinə bağlı olan
Gələcəyi uğurlanan
Təbrizdənəm, Zəncandanam,
Güney Azərbaycandanam!

Türk dilidir mənim dilim,
Türk elidir mənim elim.
Türk dilinə, Türk elinə
Bağlanıbdı mənim belim.
Belə doğmuş məni anam
Güney Azərbaycandanam!

Əyilməyən, yenilməyən,
Varlığıyla Türkü öyən,
Babəkliklə “Türkəm!”, deyən
Tanrı tanıq – lap candanam,
Güney Azərbaycandanam!
Güney Azərbaycandanam!

Xaliq Bahadır

01.04.2017

https://www.youtube.com/watch?v=szJuYbY-l3U