Əli Kərimli Qara Tofiqi təbrik etdi

Milli Şuranın üzvü Tofiq Hüseynlinin (Qara Tofiq) 65 yaşı tamam olur. Bu münasibәtlә AXCP sәdri Әli Kәrimli onu tәbrik edib. Tәbrikdә deyilir:

Hörmәtli Tofiq bәy, sizi – xalq hәrәkatının veteran iştirakçılarından birini bu әlamәtdar doğum tarixindә, 65 illik yubiley günündә mәmnunluqla tәbrik edirәm. Siz әqidәli mübarizә insanı, yaxşı dost vә vicdanlı vәtәndaşsınız. Xalq hәrәkatının çoxsaylı iştirakçıları sırasında fәqlәnmәyi, seçilib önә çıxmağı bacarmış şәxsiyyәtsiz. Xalq Cәbhәsi hakimiyyәti dövründә kәnd tәsәrrüfatı naziri kimi özünü tәsdiqlәmiş dövlәt qulluqçusu, vәzifәsinin öhdәsindәn layiqincә gәlmiş kadrlarımızdan birisiz. Siz milli hökumәt devrilәndәn sonra da ölkәmizin vә xalqımızın xoşbәxt gәlәcәyi naminә mübarizәni әzmlә davam etdirmisiz vә ictimai-siyasi fәaliyyәtdә ardıcıl, prinsipial olmağınızla seçilmisiz. Bu gün dә Milli Şuranın üzvü olaraq, ölkәmizin demokratiklәşmәsi, xalqımızın avtoritar rejimdәn xilas olması naminә mübarizәnin önündә gedәnlәrdәn birisiz.

Әziz Tofiq bәy, sizi bir daha tәbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Arzu edirәm ki, tezliklә mübarizәmizin bәhrәsini görәsiz, azad, demokratik vә inkişaf etmiş Azәrbaycanda xoş günlәr yaşayasız.