Cəbhəçi gənc azadlığa çıxıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fevralın 22-də həbs olunan fəalı Vasif Müzəffərov azadlığa çıxıb.

O, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Fevralın 23-də gənc fəal haqda  Xətai rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka inzibati həbs qərarı çıxarmışdı.