
– Qarşımızda kimi görürük?
– Mənim adım İbrahimdir və mənim 17 yaşım var . Mən sizin üçün oxumaq istəyirəm…
– Gözlə, İbrahim. Bizim üçün çox maraqlıdır, istəyirik ki, özün haqqında daha çox məlumat verəsən.
Sujet: — Mən İsveçə 1 il bundan öncə gəlmişəm. Ailəmizdə 3 nəfərik. Mən, anam və bacım. Ailəm mənim üçün hər şey deməkdir.
– Harda yaşayırsan?
– Bodendə yaşayıram. Norbotten ərazisində yerləşir. Mən həm də bu çıxışımla Bodeni təmsil edirəm.
– Bodeni sevirsənmi?
– Əlbəttə! Kim sevmir ki?!
– Bir şeyi aydınlaşdırmaq istəyirəm. Sən hazırda İsveçdəsən. Burada uzunmüddətli qalacaqsınız, ya necə?..
– Bəli… Yox, bilmirik…
– Bu çox maraqlıdır, çünki hələ gələcəyin haqqında heç nə bilmirsən…
– Burada qalmağımız bizimçün çox önəmlidir. Olum-ölüm kimi…
Studiya:
– Sən İsveçdə yalnız 1 il yaşamağına baxmayaraq belə gözəl danışa bilirsən. LaGaylia (juridə oturan qarabəniz xanımı nəzərdə tutur) İsveçdə 30 ildir yaşayır, amma sənin kimi danışa bilmir…
İbrahim, sənin cəmi 17 yaşın var, sənə belə bir sualım var: gələcəyin haqqında nə fikirləşirsən?
– Bu bir il ərzində biz miqrasiya tərəfindən neqativ qərar almışıq. Amma mənim ən böyük arzum İsveçdə yaşamaqdır.
– Musiqi sənin üçün nədir?
– Musiqi mənimçün həyatdır…
– O zaman sən oxu, biz də dinləyək…
İsveçdə yaşayan siyasi mühacir Elnur Sadiqov, İbrahim Nəsrullayevin ifa etdiyi mahnının sözlərini tərcümə edərək, facebook səhifəsində paylaşıb: