ABŞ prezidenti Donald Tramp Ağ evdə fotosessiya zamanı Almaniya kansleri Angela Merkel ilə təkrar əl verməkdən imtina edib.İki ölkə lideri danışıqlardan sonra Oval kabinetdə fotoqraflara poza veriblər.
Jurnalistlər onlardan bir-birinə əl verməyi xahiş etsələr də, Amerika prezidenti onların xahişinə məhəl qoymayıb. Merkel ona tərəf əyilərək əl sıxıb-sıxmayacağını soruşsa da, Tramp kanslerin təklifini cavabsız qoyub.


