Rusiya “Türkiyə ilə“S-400”satışında razılaşdıq” deyir

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçirilən görüşdə S-400 sistemlərinin satışının qiymətləndirildiyi ortaya çıxıb. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “İzvestiya” xəbər agentliyinə bu məlumatı təsdiqləyib. Eyni zamanda Müdafiə naziri Sergey Şoyqu da bu məsələnin müzakirə edildiyini bildirib.
Müdafiə naziri Şoyqu Türkiyəyə S-400 sistemlərinin satılmasının Kremldəki danışıqlar zamanı müzakirə olunduğunu deyib. Tərəflərin razılığa gəlməsi halında, sifarişlərin verilməsi məsələsi ilə iki ölkənin əlaqədar nazirlikləri məşğul olacaq.
Danışıqların müvəffəqiyyətlə tamamlanması halında, bu, Moskva və Ankara arasında ilk böyük müqavilə olacaq. Strateji Analiz Mərkəzinin rəhbəri Ruslan Puhov: “Bu çox güclü, siyasi məzmunlu bir təşəbbüs, ABŞ və NATO-ya güclü bir siqnaldır. Türkiyəyə hörmət göstərilməsə, o da Rusiya ilə əlaqələrini möhkəmləndirər. Silahlar hər zaman hərbi hədəflərlə satın alınmır. Eyni zamanda, bu müqavilə ölkənin müdafiə gücünü möhkəmləndirər. Bu anda Türkiyə köhnə raket müdafiə sistemlərinə sahibdir, yeni raket müdafiə sistemlərinin alınması özü inkişaf etmiş texnologiyanı də gətirəcək “deyib.

azadliq.info