Fransada solçu namizəd haqqında da istintaq başladılıb

Fransa prezident seçkilərində mərkəz-sağın namizədi Fransua Fillion və radikal sağın namizədi M. Le Pendən sonra namizədliyini verən və müstəqil şəkildə kampaniya aparan Emanuel Makron haqqında prokurorluq istintaq başladıb.  BFM televizya kanalı prokurorluğun Las Veqasda həyata keçirilən və İqtisadiyyat Nazirliyinin xərcləri ödənilən bir tədbirin təşkilini tenderə çıxarmadan bir şirkətə verilməsini əsas gətirərək “himayəçilik” şübhəsi ilə istintaq başladıldığını bildirib. Fransız firmalarının xaricdə reklam üçün keçən ilin yanvar ayında təşkil edilən və Makronun çıxışçı kimi dəvət edildiyi texnologiya sərgisinə nazirliyin büdcəsindən təxminən 400 min avro xərclənmişdi. Qeyd edək ki, həmin dövrdə Makron Fransanın iqtisadiyyat naziri vəzifəsində işləyirdi.

 

Aqil