Şotlandiya müstəqilliklə bağlı yeni referenduma hazırlaşır

Никола Стерджен

Şotlandiyanın birinci naziri Nikola Stercen bəyan edib ki, şotlandların çoxunun “breksit”ə qarşı olduğu və Avropa Birliyində qalmaq istədiyi üçün müstəqillik barədə təkrar referendumun keçirilməsi ilə bağlı regional parlamentin icazəsini istəyəcək.

Qanuna görə, referendumla bağlı Böyük Britaniya hökumətinə sorğu göndərməzdən qabaq Stercen Şotlandiya parlamentinin icazəsini almalıdır.

Nikola Stercenin sözlərinə görə, o, referendumu 2018-ci ilin payızında və 2019-cu ilin yazı aralığında keçirmək istəyir.

Şotlandiyada Britaniyanın Avropa Birliyi üzvlüyündən çıxmaq qərarına narazılıqlar mövcuddur. Şotlandların çoxu – 62%-i 2016-cı ilin iyununda referendum səsverməsində Britaniyanın AB-də qalmağına səs verib.

Sentyabrın əvvəlində Stercen məlumat vermişdi ki, Şotlandiya hökuməti müstəqillik haqqında yeni referendumun keçirilməsi üçün qanunverici bazanın hazırlığına başlayıb.

2014-cü ildə Şotlandiyada artıq müstəqilliklə bağlı bir referendum keçirilib. O zaman müstəqillik tərəfdarları uduzmuşdular: şotlandların 55.3%-i bunun əleyhinə səs vermişdilər.

İlkin