Keçən il bu həddə qaz itirilib
Ölkənin təbii qazla bağlı təminatında problemlər var. Bu ərəfədə kecən il 2,6 milyon manatlıq qaz itirilməsi barədə rəsmi rəqəm açıqlanıb. SOCAR -“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib ki, ötən il ərzində “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydaları pozulub. APA-nın xəbərinə görə, 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Ə.Hacıyevin sözlərinə görə, tərtib olunan aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb.
İqtisadşı-ekspert Qadir İbrahimli söyləyir ki, qaz itkilərinin normativləri keçməsi cavabdeh təşkilata məsuliyyət yaradır. Ekspertin fikrincə, qazın ötürülməsi prosesinin təkmil olmaması və digər məqamlar bu həddə itkiyə səbəb olub:
“ İtkilər normativi keçərsə, müəyyən məsuliyyət yaranmalıdır. Rəhbərliyin səriştəsizliyi, adekvat qərarlar qəbul etməməsi, qazın ötürülməsi prosesinin qeyri-təkmil olması belə bir vəziyyət yaradıb. Məsuliyyət də bütün hallarda cavabdeh təşkilatın üzərinə düşür” .
Nigar