Daha bir əsgər ölümü – intihar, yoxsa qətl? FOTO

Martın 11-də Qazaxdakı N saylı hərbi hissənin əsgəri olmuş Sübhan Sadiq oğlu Xaspoladovun cənazəsi böyüdüyü Qəbələ rayon Mıxlıqovaq kəndində torpağa tapşırılıb.

Əsgərin yaxınları Meydan TV-yə bildiriblər ki,  əsgərin bədənində çoxlu yara izləri olub və başından güllə yarası almışdı. Hərbçilərsə onlara deyiblər ki, intihar edib. Amma qohumları buna  inanmır .

Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı  açıqlama yaymayıb.