Rüfət Səfərov “karsa” salınıb

Həbsdə olan keçmiş müstəntiq,  9 il azadlıqdan məhrum edilən Rüfət Səfərov “karsa” salınıb. Bu barədə məlumatı yazar Zümrüd Yağmur Facebook səhifəsində yazıb: “İndicə Rüfət Səfərovun anası Tahirə xanımla danışdım. Bu gün evə zəng vurmalı olduğu halda Rüfət evlə əlaqə saxlamayıb. Nigaran qalan ailəsi maraqlandıqda bəlli olub ki, Rüfət bu gündən 3 gün müddətinə “karsa” salınıb. Səbəb kimi də Rüfətin otaq yoldaşı ilə mübahisə etdiyi göstərilib.
İllərdir bu xalqla siz, necə deyərlər, mübahisə edirsiniz. Bu gün hakimiyyətdə oturub hərəyə bir kürsü zəbt etmisiniz, amma əmin olun, sizin də “karsa” salındığınız gün olacaq”.