ABŞ-ın keçmiş prezidenti Barak Obama prezident seçkisindən əvvəl Donald Trampun telefon danışıqlarını dinlədiyi istiqamətindəki iddiaları təkzib edib.
Obamanın sözçüsü Kevin Levis Trampıın Twitter üzərindən paylaşdığı “Obamanın (prezidentlik) zəfərimizin əvvəlində “Trump Tower”i dinlətdiyini öyrəndim” fikri haqqında yazılı açıqlama verib.
Açıqlamada “prezident Obama və ya Ağ Evdən hər hansı səlahiyyətli şəxs heç bir ABŞ vətəndaşının dinlənilməsi üçün göstəriş vermədi, başqa cür düşünmək yanlışdır” sözləri yer alıb .
Trampın iddialarının əsassız olduğunu vurğulayan Levis bildirib ki, “Obama rəhbərliyinin əsas qaydalarından biri, heç bir Ağ Ev səlahiyyətlisinin Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən bir araşdırmaya qarışmaması istiqamətindədir.”
Tramp Twitter üzərindən etdiyi paylaşımda Obamanı hədəf alaraq yazmışdı: ” Obamanın (prezidentlik) zəfərimizin əvvəlində “Trump Tower”i dinlətdiyini öyrəndim”. Heç bir şey tapılmadı. Prezident Obama çox müqəddəs olan seçki prosesində mənim telefonlarımı dinlədəcək qədər necə alçaldı?”
Ayrıca Tramp Obamanın seçkilərdən bir ay əvvəl də onu dinlətdiyini iddia edir.
azadliq.info



