Tramp rəhbərliyinin rus səlahiyyətliləri ilə yaxın əlaqələri iddiası ortaya çıxdıqdan sonra, gündəmə daha bir şübhəli məsələ çıxıb. Rusiyanın Vaşinqton səfiri Sergey Kislyak diplomatmı, agentmı?
Məlumdur ki, ABŞ prezidenti Donald Trampun Milli Təhlükəsizlik müşaviri təyin etdiyi Maykl Flinnin rus səfiri Sergey Kislyak ilə görüşdüyü iddiası üzündən istefa etmək məcburiyyətində qaldı. İndi isə Ədliyyə naziri Jeff Sessionsın seçki kampaniyasında Kislyak ilə görüşdüyü halda Senata yalan məlumat verdiyi səbəbiylə başı dərddə. Ayrıca, Trampın kürəkəni Jared Kushnerin də keçən dekabr ayında Kislyak ilə Nyu- Yorkda görüşdüyü iddia edilir.
2008-ci ildən bu günədək Vaşinqtonda kölgə kimi dolaşan Sergey Kislyak bir anda medianın gündəminə çıxdı. “Politico” xəbər saytına görə rus səfiri televiziyalara az çıxar, mətbuata az danışar, tvitt atmaz.
Fransanın AFP agentliyinə görə mühəndislik məzunu olan 66 yaşındakı səfir soyuq müharibə dövründən bu günədək Moskvanın xarici siyasətinin formalaşmasında iştirak etmiş bir şəxsdir. Tramp rəhbərliyində yer alan bəzi səlahiyyətlilərin ruslarla təmasda olması da Kislyak üçün “diplomatmı, agentmı” suallarına səbəb olub. Rusiyanın xarici işlər üzrə sözçüsü Maria Zaxarova bu suala cavab olaraq: “Bu, qərb mediasının düşə biləcəyi ən alçaq səviyyəmi, yoxsa daha aşağıya da düşə bilər? Sizə bir hərbi sirr verim. Diplomatlar çalışır, vəzifələri də təmsil etdiyi ölkələrdə əlaqə qurmaqdır ” deyib.
azadliq.info



