“ABŞ demokratiya və azadlığı yaymağa davam edəcək”

Рекс Тиллерсон (слева)

Dövlət katibi Tillerson Trampın ABŞ Konqresinin birgə sessiyasında çıxışını şərh edib.
ABŞ dövlət katibi Reks Tillerson prezident Trampın ABŞ Konqresinin hər iki palatasının birgə sessiyasında birinci çıxışı barədə çərşənbə axşamı günü şərh verib.
“Prezidentin Konqresə müraciəti zamanı dediyi kimi, Dövlət Departamenti tərəfdaş və müttəfiqlərimizlə əməkdaşlıq çərçivəsində ABŞ-ın maraqlarının dünyada təşviqi ilə məşğul olmağa davam edəcək, – Tillerson diqqət çəkib. – Biz ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin edən siyasi təşəbbüsləri və institutları da dəstəkləməyə davam edəcəyik, o cümlədən də, müttəfiqlərin öz öhdəliklərini yerinə yetirdiyi etibarlı NATO alyansını, ölkəmizə gələnlərin sərhəd yoxlamalarını təmin edən immiqrasiya prosesini və lazımi qaydada mühafizənin təşkil edildiyi sərhəd keçid məntəqələrini”.
Dövlət katibi bir daha təsdiq edib ki, öz qonşularını təhdid edən və regionu destabilizasiyaya uğradan ölkələrə qarşı ABŞ öz müttəfiqləri ilə birgə işləyəcək.
“ABŞ-ın xarici siyasəti bizim əsas dəyərlərimiz olan azadlıq, demokratiya və stabilliyi təşviq etməlidir”, – Tillersonun bəyanatında deyilir.

İlkin