Azərbaycanın voleybol klubları Çempionlar Liqasında mübarizəni dayandırıb

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Azərreyl” və “Telekom” komandaları Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin son oyunlarını keçiriblər.
Əvvəlcə “rabitəçilər” Bakıda azarkeşlər önünə çıxıb.
A qrupunda yer alan komandanın rəqibi İtaliya “Konelyano”su olub. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılıb. 5 turdan sonra xalsız olan “Telekom” formal xarakter daşıyan son matçında da uduzub – 0:3.
Növbəti mərhələ şanslarını saxlayan “Azərreyl”ə isə Polşada “Dabrova Qorniça”nın qonağı olub. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası “pley-off”a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməli idi. Özü də quru hesablı qələbə “pley-off”a vəsiqəyə ümid verirdi. Ancaq “Azərreyl” üçün çətinliklə əldə etdiyi səfər qələbəsi daha çox təsəli xarakteri daşıyıb. Nəticədə 6 ən güclü komanda sırasına düşə bilməyən Azərbaycan çempionu mübarizəni dayandırıb.
28 fevral
17:00 “Telekom” (Azərbaycan) – “Konelyano” (İtaliya) – 0:3 (13:25, 9:25, 16:25)
Hakimlər: Mario Bernaola (İspaniyalı) və Mirko Yankoviç (Serbiya)
Bakı. Sərhədçi” İdman Olimpiya Mərkəzi
Xal durumu: 1. “Modena” (İtaliya) – 12, “Konelyano” (İtaliya) – 12, “Ximki” (Polşa) – 9, “Telekom” (Azərbaycan) – 0.
21:00 “Dabrova Qorniça” (Polşa) – “Azərreyl” (Azərbaycan) – 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15)
Hakimlər: Nadejda Kozlova (Rusiya) və Tomas Murulo (Estoniya)
Dabrova Qorniça. “Sentrum”
Xal durumu: “Fənərbağça” (Türkiyə) – 15, “Azərreyl” (Azərbaycan) – 11, “Dabrova Qorniça” (Polşa) – 7, “Sen-Rafael” (Fransa) – 0.