“Xeyr” səsi istədi, Azərbaycanı nümunə göstərdi

CHP İstanbul millət vəkili Gürsel Tekin 1 noyabr seçimlərində AKP-nin 62% səs aldığı, sağçıların ümumilikdə 85% səsi olan Kırıkkaledə anayasa referendumunda “xeyr” demələrini istədi.

“Xeyr” kampaniyası üçün xalq arasına çıxan CHP-nin önəmli simalarından Tekin AKP və sağçıların səsinin zirvədə olduğu Kırıkkaledə “xeyr” üçün sahəyə çıxdı.

1500 nəfərin yaşadığı İrmak kəndində danışan Tekin seçicilərin suallarını cavablandırdı. Kəndlilər “550 millət vəkilinin sayı nədən 600-ə çıxarılır, bunların maaşlarını bizmi ödəyəcəyik? “deyə danışdılar.

Gürsel Tekin də kəndlilərin suallarına cavab verərkən “xeyr” demək üçün Azərbaycana baxmağın yetərli olduğunu söylədi. Azərbaycan prezidenti Əliyevin həyat yoldaşını müavini təyin etməsini misal gətirən Tekin sirf bunun üçün “xeyr” deyilməsinin yetərli sayıldığını bildirdi.

 

azadliq.info