Feysbukda paylaşılan videoya görə polisə aparılmaq istəyən Səbuhi Hacıyevdən hələki bir xəbər yoxdur. Əməkdaşımız onun ailəsində olub. Həyat yoldaşı Ceyhunə Hacıyeva evlə heç bir əlaqə saxlamadığını deyib. Səbuhinin polis tərəfindən saxlanılmasından da xəbərsiz olduğunu bildirən xanımı qorxu içərisində olduqlarını da qeyd edib. Güman edir ki, evə nəsə qoyula bilər. Binanın həyətində toyuq saxladıqları hinə narkotik və ya silah atılaraq Səbuhi Hacıyevin həbsinə zəmin yaradıla biləcəyini düşünür. Ona görə də çəkiliş vasitəsi ilə orada hec bir şeyin olmadığını ictimaiyyətə çatdırmağımızı xahiş edib.
Ceyhunə Hacıyeva xeyli insanın onlara mənəvi dəstək verdiyini də bildirib. Əməkdaşımız onların evində olarkən adının açıqlanmasını istəməyən bir xanım dəstək üçün Hacıyevlər ailəsinə baş çəkib. Ailəyə mənəvi dəstəklə yanaşı maddi köməklik də göstərib. Ceyhunə Hacıyeva bütün xeyirxah insanlara saytımız vasitəsi ilə təşəkkürünü çatdırmağı xahiş edib.
azadliq.info