Şimali Koreya liderinin qardaşı Kim Çen Namın qətlinin sifarişçiləri açıqlanıb.
«Reuters»in məlumatına görə, Cənubi Koreya hökuməti qətlin Şimali Koreyanın iki nazirliyi tərəfindən təşkil olunduğunu bəyan edib.
Məlumata görə, Kim Çen Namın öldürülməsində 8 Şimali Koreya vətəndaşının əli olub. Onlardan 4-ü bu ölkənin Milli Təhlükəsizlik, 2-si də Xarici İşlər Nazirliyinin əməkdaşıdır.
Kim Çen Nam fevralın 13-də Malayziyada – Kuala-Lumpura beynəlxalq hava limanında müammalı şəraitdə iki qadın sui-qəsdçi tərəfindən qətlə yetirilib.
Qadınlar Namı zəhərli maddə ilə zərərsizləşdirəndən sonra taksiyə minərək hadisə yerindən qaçıblar.
Malayziya polisi hadisədə Cənubi Koreyadan olan diplomatı şübhəli bilir. Cənubi Koreya isə qətlin Şimali Koreya hökuməti tərəfindən sifariş edildiyini bildirir.
Gültəkin



