Hərbi kəşfiyyat üzrə keçmiş zabit, biznesmen Filip Bilden ABŞ prezidenti Donald Trampın vəzifə təklifindən imtina edib.
Bildenə ABŞ-ın Hərbi-Dəniz Qüvvələri naziri postu təklif olunmuşdu.
«Reuters»in məlumatına görə, Bilden məmurlara qoyulan tələblərə cavab vermək iqtidarında olmadığını və ailəsinin biznes maraqlarına toxunmaq istəmədiyini deyib.
Pentaqonun rəhbəri Ceyms Mettis Bildenin qərarından məyus olduğunu bildirib.
İmtina cavabından sonra Tramp məlum posta uyğun namizəd axtarışına başlayıb.
Gültəkin



