“Barselona” İspaniya çempionatında “Atletiko”nu məğlub edib

“Barselona” futbol üzrə İspaniya çempionatının 24-cü turunun səfər oyununda Madridin “Atletiko” klubunu 2:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Rafinya (64-cü dəqiqə) və Lionel Messi (86) fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Diyeqo Qodin (70) vurub.
Bu matç Diyeqo Simeonenin “Atletiko”nun baş məşqçisi postunda 300-cü oyunu olub.
Kataloniya kulubu turnir cədvəlində 54 xal ilə ikinci yerdə qərarlaşıb, “Atletiko” 45 xalla 4-cüdür.