AXCP Yasamal şöbəsinin fəalı Səbuhi Hacıyev Yasamal polisin onu günlərdir təqib etdiyini bildirir.
Səbuhi Hacıyevin sözlərinə görə, polis təqibi sosial şəbəkələrdə paylaşdığı videodan sonra başlayıb. Hazırda Yasamal polisinin onun evinin qarşısında növbə çəkdiyini bildirən fəal, bu səbəbdən bir həftədir ki, evindən çıxa bilmədiyini deyir.
AXCP fəalı polisi hiddətləndirən həmin videoda mavi qazın verilməməsinə etiraz edir. Video paylaşıldıqdan qısa müddət sonra on minlərlə şəbəkə istifadəçisinin marağına səbəb olub. Həmin videonu təqdim edirik:
https://www.facebook.com/AzadliqLive/videos/631914186933439/
Xatırladaq ki, Səbuhi Hacıyev bir neçə ay öncə sosial şəbəkələrdəki fəallığına görə saxta ittihamla 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.