Əliyevlər Konstitusiyanı, respublika dəyərlərini ayaqladılar, ailə özbaşınalığı qurdular və bunlardan öncənin yeganə yaşayan bəhrəsi olan testlə qəbul sistemini də sıradan çıxarırlar.
Bu yaxında hökumət mənbələri xəbər verdi ki, Təhsil Nazirliyi testlə ali məktəblərə qəbul olmayanları sevindirəcək addım atır. Yuxarılara təklif veriblər ki, testdən az bal toplayıb ali məktəblərə keçə bilməyənlər universitetlərin hazırlıq kursuna daxil olacaq və bir il oxuyub vahid test imtahanı vermədən ali məktəblərdə oxuyacaqlar.
Gördünüzmü testlə qəbul sistemini birbaşa sıradan çıxarmaq cəhdləri alınmasa da, dolayısı ilə niyyətlərinə çatırlar.
1) Paralel qəbul sistemi yaradırlar. Həm də qəbul ola bilməyənlərə…
2) Bu uşaqları 11 il hazırlaya bilməyiblərsə, bir ilə necə hazırlayacaqlar?
3) Yaxşı, universitetlərin gözəl imkanları varsa və doğrudan da hazırlaya bilirlərsə, qoy hazırladıqları gənclər hamı ilə bərabər imtahan verib, bərabərlik və müsabiqə şəraitində qəbul olsunlar. Niyə yox?
4) Universitetlərin imtahanı ilə qəbul məqbul sayılsaydı, niyə vahid test sistemi yaradılırdı?
Şad xəbərə bax! Yeni hiylə, yeni pul tələsi, yeni özbaşınalıqdır. Hazırlaya bilirsinizsə, elə testdən keçməyə hazırlayın, ay qoçaqlar!