Toyuq əti vahid qiymətə satılmır

Qiymətlər satış ərazisinə görə dəyişir

Son vaxtlar toyuq ətinin qiymətində bahalaşma müşahidə olunur. Lakin qiymət artımı barədə fikirlər birmənalı deyil. Satıcılar bunu firmaların üzərinə ataraq qiyməti də onların təyin etdiyini deyirlər.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev toyuq əti və filenin qiymətinin broylerlərin qaldırmadığını deyir. Cəmiyyət sədri qiyməti mağaza sahiblərinin süni şəkildə artırdığını söyləyir. Yəni məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan, qiyməti də onlar təyin edirlər.
A.Vəliyev toyuq məhsulunun topdansatış qiymətində heç bir artımın olmadıgını iddia etsə də, reallıqda vəziyyət tam əksinədir. Dolların qiymətində baş verən enib-qalxmalar istənilən sahəni vurduğu kimi, quş məhsullarının qiymətində də dəyişkənlik var. Daxili bazarda hazırda istənilən qiyməti diqtə edirlər. Qiymətlər paytaxtın ərazilərinə görə dəyişir. Daha prestijli marketlərdə toyuq əti əvvəlki qiymətindən baha, mərkəzdən çox uzaq bazar və dükanlarda isə əhalinin alıcılıq qabiliyyətinə görə dəyişir. Ona görə də əhalinin toyuq ətinin bahalaşdıgı barədəki şikayətlərə tam əsasları var.

Sosial şöbə