REAL-çı bloggerə 30 sutka həbs

Fevralın 20-də REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyev saxlanılıb. Məlumatı Meydan TV-yə jurnalist Elkin Xəlil verib. Bildirib ki, Rahim Şaliyevi REAL-dakı fəaliyyətinə görə yox, bloger olduğu üçün saxlayıblar.

Sumqayıt məhkəməsinin qərarı ilə R.Şalıyevə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası verirlib.