Türk və alman sənətçilər Fuldada sevgi mesajı verəcək

Almaniyanın Fulda şəhəri iddialı bir konsertə hazırlaşır. Fulda şəhər xoru 5 mart axşamı Bethovenin “Egmond uvertürası” və “Sevincin vəsfi”(AB marşı) əsərlərini səsləndirəcək. Əsərlər bu “islam və xristianlıq humanizminin mətnləri” əsasında konsert vasitəsilə birlikdə yaşamanın, qarşılıqlı hörmət və əməkdaşlığın qaçılmaz olduğu mesajını verəcək. SPD-nin baş nazirliyə namizədi Martin Şults da konsertin “xalqlar arasındakı anlaşma baxımından əhəmiyyətli bir mesaj” olduğunu söyləyib. Fulda şəhər xorunun konsertində Türkiyənin məşhur klassik musiqi bəstəçilərindən Adnan Sayqunun ən məşhur əsərlərindən “Yunus Emre” oratoriyası, Bethovenin “Egmond uvertürası” və “Sevincin vəsfi” əsərləri səsləndiriləcək. Fuldadakı “Orangerie” sarayının böyük salonunda 5 mart bazar axşamı reallaşdırılacaq konsert türk təsəvvüfünün böyük mütəfəkkiri Yunus Emreni, Bethoven və bəstəkarın bu əsərlərinin ortaya çıxmasında böyük rolu olan alman ədəbiyyatının unudulmaz adları Gete və Şilleri eyni səhnədə görüşdürəcək.

azadliq.info