Şaxtalı havada vətəndaşlar evlərindən didərgin salınır VİDEO

Paytaxtın Bayıl qəsəbəsində yeni söküntü dalğası başlanılıb. Sakinlərin bildirdiyinə görə heç bir xəbərdarlıq etmədən onları “kupça”lı evlərindən çıxarmaq istəyirlər. Etirazlara baxmayaraq məcburi söküntü işlərinə başlanılıb. Söküntü işlərini “Best Construction” şirkəti yerinə yetirir. Məsələyə etirazını bildirənlər polis bölmələrinə aparılaraq təzyiq göstərilir.
Həmçinin sakinlər söküntünü həyata keçirənlərin hakim ailəyə yaxın olduğunu bildirib.
Mövzunu diqqətdə saxlayacağıq.

Azadliq.info