BAFTA-da mükafatlar “La La Land” filminə verilib

İngiltərədə ən yaxşı filmlərə görə verilən BAFTA mükafatları sahiblərini tapıb. “Oscar”ın builki favoriti “La La Land” 5 nominasiyada mükafata layiq görülüb.

Britaniya Film Akademiyası tərəfindən verilən BAFTA mükafatları dünən axşam builki sahiblərini tapıb. “Oscar”ın sahiblərini tapmasına iki həftə qalmış Londondakı “Royal Albert Hall”da təşkil edilən mərasimdə “ən yaxşı film” mükafatı “La La Land”a verilib.

Filmin rejissoru Damien Chazelle “ən yaxşı rejissor” mükafatına layiq görülüb. Ryan Gosling ilə baş rolu paylaşan Emma Stone “ən yaxşı qadın oyunçu” seçilib. Film kinematoqrafiya və musiqi nominasiyaları üzrə də mükafatları qazanıb.

 

azadliq.info