Fransız lider irqçilik ittihamı ilə məhkəmə qarşısında

Fransada ifrat sağçı Milli Cəbhə Partiyasının (FN) fəxri lideri Jean-Marie Le Pen haqqında məhkəmə işi başladılıb. Le Pen Twitter hesabından “Dünən haqqımda məhkəmə işi açıldı. Möhkəm durun,”bişirəcəyik” sözünü istifadə etdiyim üçün” yazdı.

Partiyasının rəsmi internet saytında 2014-cü ildə yayılan bir çıxışında Le Pen yəhudi mənşəli sənətçilər haqqında “Gələn dəfə sobada bişirəcəyik” demişdi. Fransız liderin bununla İkinci Dünya Müharibəsində yəhudilərin soyqırımına eyham vurduğu anlaşılır.

Avropa Parlamentinin keçən il oktyabr ayında Strasburqda toplanan ümumi heyətində alınan qərarla “irqçi nifrəti qızışdırdığı” üçün Le Penin toxunulmazlığı qaldırılmışdı.

 

azadliq.info