Tramp viza qadağasında israrlıdır

ABŞ prezidenti Donald Tramp viza qadağasında ard-arda gələn məhkəmə qərarlarına qarşı “əlavə addımlar” atılacağını açıqlayıb.

Yaponiyanın baş naziri Shinzo Abe ilə keçirdiyi birgə mətbuat konfransı zamanı danışan Tramp “hüquqi çətinliklərin keçiləcəyi ilə bağlı heç bir şübhəsinin olmadığını” ifadə edib: “Ölkəmizin təhlükəsizliyi məsələsində nə lazımdırsa, edəcəyik. Çox uğurlu olacağını düşündüyümüz bir qərarım vardı və bunun reallaşması çox zaman almayacaq. Sonunda bu iddianı qazanacağımızdan heç şübhə etmirəm”.

Tramp “əlavə addımlar” ilə yeni bir prezident direktivinimi nəzərdə tutur? O bu suala “ölkəmizə qarşı çox böyük təhdidlər var. Bunun reallaşmasına icazə verə bilmərik” şəklində cavab verib.

 

azadliq.info