Arpa yeyəcəyik

Vahid Məhərrəmov

Məlum konfransda İlham Əliyev qeyd edib ki, “arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz özümüzü təmin edirik”. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatda isə arpa ilə təminat 95,1 faiz, qarğıdalı ilə təminat isə 54,1 faiz göstərilir. Ölkə başçısına təqdim edilən rəqəmlərin dolaşıq olduğu və şişirdildiyi ortadadır. Nə isə..

Azərbaycanda istehsal olunan arpa, qarğıdalı heyvandarlıqda qüvvəli yemə olan təlabatı təmin edəcək qədər deyil. Bu məhsullarla özünütəminat ölkə başçısı dediyi kimi olardısa, ölkədə süd, ət , yumurta istehsalı indikindən iki dəfə çox və ucuz olardı, heyvandarlıqla məşğul olan sahibkarlar da xaricdən arpa, qarğıdalı idxal etməzdi. Onu da qeyd etməliyəm ki, arpa, vələmir keçən əsrin məhsuludur. İndi İnkişaf etmiş ölkələr əsasən daha faydalı olan diğər dənli bitkilərin məhsulunun istehsalına üstünlük verirlər.

Kartof ikinci çörək hesab olunur. Ölkəmizdə kartof istehsalı üçün münbit torpaq-iqlim şəraiti mövcuddur. Lakin Azərbaycan hökuməti digər sahələrdə olduğu kimi kartof istehsalının da təşviqi ilə məşğul olmur. Elə bu səbəbdən də kartofa olan təlabatın yalnız 60 faizi daxili istehsal hesabına ödənilir.

Qeyd etməliyəm ki, ölkəni kartofa olan təlabatı, itkiləri də nəzərə alsaq 1,5 milyon tondur, Bunun 1,25 milyon tonunu ərzaqlıq məhsul, 180 min tonu toxumluq material, 70-80 min tonunu isə itkilər təşkil edir. DSK-nın məlumatına əsasən Keçən il 902 min ton kartof istehsal olunub. Bu təlabatın 60 faizi qədərdir. Ölkə başçısına təqdim olunan məlumatda isə bu rəqəm xeyli fərqlidir. Belə ki, İlham Əliyev qeyd edib ki, “kartofla təminat 86 faizdir”