Vəkili Faiq Əmirli ilə görüşüb

Vəkili Aqil Layıc Siyasi məhbus, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli ilə  görüşüb.

Vəkil bu barədə facebook səhifəsində yzıb: “Faiq Əmirli ilə görüşdüm. Səhhətində ciddi problemləri var. Müəssisədə aldığı müalicə effekt vermir. Yenə də yemək yeyəndə qaytarır. Tanışların hamısına salam dedi. Onun əsassız yerə həbs edənlərə belə salamını çatdırmağı unutmadı”.