Ştaynmayer xarici işlər naziri vəzifəsindən azad edilib

Frank-Valter ŞtaynmayerAlmaniya prezidenti Yoahim Qauk xarici işlər naziri Frank-Valter Ştaynmayeri vəzifədən azad edib.

Bu vəzifənin icrası  iqtisadiyyat naziri vəzifəsindən çıxarılan Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabrielə həvalə olunub. Bu münasibətlə Almaniya prezidentinin iqamətgahında keçirilən mərasimdə ölkənin kansleri Angela Merkel də  iştirak edib.
Y. Qauk ədliyyə naziri Brigitta Tsiprisi də bu vəzifədən azad edərək iqtisadiyyat naziri təyin edib.
Qeyd edək ki, Frank-Valter Ştaynmayer 2013-cü ildən xarici işlər  naziri vəzifəsini tutub. O, bu il Almaniya prezidentliyinə namizədliyini  irəli  sürəcək.