Bu qapı necə açılacaq?

zumrud-yagmur-yeniZümrüd Yağmur

“Nardaran işi” məhkəməsi başa çatdı

Birinci, keçən gün o məhkəmə zalında hökm oxunanda hətta məhkəmə başlayanda ağlayan, bir az zəiflik göstərən ana, bacılardan kimsə ağlamadı. Əksinə, həmrəylik göstərib əllərini o şüşə qəfəsə salınan yaxınlarına uzadıb gülümsədilər.

Hamı bir- birinə əl edib gülə-gülə ayrıldı… Çünki əmindik, biz daha gözəl görüşlərin olması üçün ayrılırıq.
Digər yandan,başda ümidini itirməyib bu hakimiyyətdən, məhkəmədən ədalət gözləyənlər belə məhkəmənin sonunda ordan hakimiyyətdəkilərə nifrət doluydu.

Mahiyyətdə, əzmək və qorxu yaratmaq üçün məkrli plan qurmuş iqtidar öz məkrinin qurbanı oldu. Və gələcəkdə onu əzəcək nifrətin körüklənməsinə, daha geniş kütləni əhatə etməsinə şərait yaratmış oldu.
İkinci, Tale Bağırzadə və orda olan hər kəs öz duruşu və inadı, özgüvəni ilə hətta kölgəsindən qorxan iqtidar nümayəndələrinin olan- qalan kimliyini də heç etdi.

Hətta Tale Bağırzadənin “mənə ömürlük versələr, bunu elan edəndə əl çalıb alqışlayın” deməsi təkçə mənəvi çəhətdən deyil, həm də bütünlükdə siyasi iqtidar olaraq hakimiyyətdəkilərin iflası idi.
Üçüncu…
Və vacib olanı..
Təsəlliyə heç gərək yoxdur…

Bu gün ölkədə yüzlərlə insan günahsız yerə həbs olunub. Və nə yazıq ki, onların həbsinə verilən reaksiya ancaq “Allah qapısını açsın, səbrli olun” dan ibarətdir.

Allah bu qapını necə açacaq?

Əgər biz əlimizi qaldırıb o qapını itələmiriksə, onu açıb arxasındakı ədalətə, ləyaqətli yaşam, azad həyata can atmırıqsa, Allah niyə bizə o qapını açsın?

Allah qanunauyğunluqlar yaradıb. Adi və sadə… Soyuqda üşüyəcəksən, istidə tərləyəcəksən..
Mübarizə aparacaqsan azad olacaqsan, susacaqsan kölə…
Bu qanunauyğunluğu da xalqlara və ya fərdlərə görə dəyişmir.
Səbrə gəldikdə…

Biz kifayət qədər səbrliyik məncə və bu üzdən “səbrli ol yox, Allah səbrimizi kəssin” deməliyik…
Öz işimizi Allah yükləməyək, ən azından qapını itələyək…
Bir də səbr kasasının altını yamayın nəhayət…
ƏKS HALDA, QAPININ AÇILACAĞINI GÖZLƏMƏYİN…

 

Yazı müəllifin facebook səhifəindən götürülüb