AŞPA korrupsiyaya qarşı mübarizəyə səfərbər olunur

aspa12Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi yanvarın 27-də qəbul etdiyi bəyanatda AŞPA üzvlərinə qarşı korrupsiya iddialarının araşdırılması üçün Assambleyanın Bürosunu müstəqil xarici istintaq qurumu təsis etməyə çağırıb.

Bəyanatda, komitə “Parlament Assambleyasının hazırkı və keçmiş üzvlərinə qarşı korrupsiya və xüsusi maraqların olması ilə bağlı iddiaları” son zamanlar Avropa mediasında izləndiyini bildirilir.

“Bu iddiaların doğru olub olmamasına baxmayaraq, onlar bir qurum kimi Assambleyanın və nəticədə həmçinin onun hər bir üzvünün imicinə və etimadına xələl gətirir”, komitə əlavə edir.

Bəyanatda bildirilir ki, Parlament Assambleyasının bir çox milli nümayəndə heyəti və üzvləri, və beynəlxalq insan hüquqları və anti-korrupsiya təşkilatlarından aldığı müraciətlərdən sonra komitə “korrupsiyanın hər bir formasına qarşı sıfır tolerantlıq mesajı göndərmək” niyyətindədir.

Komitə Assambleyanın Bürosunu müstəqil xarici istintaq qurumunu təsis etməyə və “Assambleyanın tənqidlərinə səbəb olan spekulyasiyalara tezliklə son qoymaq üçün” səylərini əsirgəmədən müvafiq addımlar atmağa çağırır.

Qərara alınıb ki, bu məsələ üç mərhələli yanaşma ilə həll edilməlidir: Birincisi, Assambleyanın yeni Davranış kodeksinin hazırlanması prosesi sürətləndirilməlidir. İkinicisi, QREKO (Korrupsiyaya qarşı Dövlətlər Birliyi) prosesə cəlb edilməli və onların tövsiyyələri nəzərə alınmalıdır. Üçüncüsü, müstəqil təhqiqat aparılmalıdır ki, gizli korrupsiya faktları aşkara çıxarılsın.

AŞPA sədri Pedro Aqramunt bu üç mərhələnin hər birinin zəruri olduğunu qeyd edib. “Korrupsiya ittihamlarının araşdırılması və ortalığa çıxarılması AŞPA-nın reputasiyası üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Aqramunt vurğulayıb.