Kollina FİFA Hakimlər Departamentinə sədr təyin olunub

kolinaBir zamanlar məşhur olmuş italiyalı hakimi Pyerluici Kollina FİFA Hakimlər Departamentinin sədri vəzifəsinə təyin olunub.

O, bu vəzifədə ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

Qeyd edək ki, o, eyni zamanda UEFA-da hakimlik məsələləri üzrə baş zabit kimi çalışır.

Kollina 6 dəfə (1998 – 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.