Nardaran məhbuslarının ailələri bu gün Şəhidlərimizi ziyarət etdikdən sonra Nardaran hadisələri zamanı öldürülmüş polislərin, rəhmətlik İsmayıl və Vüqarın məzarını da ziyarət ediblər. Bu barədə siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı tanınmış yazar Zümrüd Yğmur məlumat yayıb. Zümrüd Yağmur facebook səhifəsində yazıb: “Mənə yazan xanım dedi ki, öldürülən polislərin məzarı ilə söhbət etdim və dedim ki, sizi bizim yaxınlarımız deyil, bu hakimiyyət öldürüb”.
Zümrüd Yağmur həmin ziyarətdən şəkil də paylaşıb:
“Bu şəkildə gördüyünüz balaca və vüqarlı oğlansa Tale Bağırzadənin oğludur. Məncə, hakimiyyətdə oturub bu gün “Nardaran işi”ndə qalib olduğunu düşünənlər bu şəkilə diqqətlə baxsalar yaxşı olar…
Vicdanıniza ləkə olacaq bu məsum fotonun tarixdəki əhəmiyyətini bir anlasanız?!”