İspaniya Kuboku: “Barselona” 1/4 finalın ilk oyununda qalib gəldi

neymar-barsaKataloniyanın “Barselona” klubu futbol üzrə İspaniya Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

Görüş San-Sebastyan şəhərinin “Anoeta” stadionunda keçirilib.

Matçda yeganə qolu 11 metrlik cərimə zərbəsindən Neymar vurub (21-ci dəqiqə).

Cavab görüşü yanvarın 26-da Barselonanın “Kamp Nou” stadionunda keçiriləcək.