Şikayətçilər Hacıbala Abutalıbovu mühasirəyə aldı

Nizami rayonunda tikinti aparan  Yusif MMC şirkəti ilə vətəndaşlar arasında ciddi narazılıq yaşanır. Şirkətin tikinti apardığı Babək 87 ünvanında 116 evlik bina qəzalı vəziyyətə düşüb.
Sakinlərin verdiyi məlumata görə, binanın qəzalı vəziyyətə düşməsinə səbəb Yusif MMC nin apardığı tikinti olub.
İcra hakimiyyəti də bildirib ki, şirkət sakinləri evlə təmin etməlidir.  Amma şirkətin şərtləti insanları qane etmir. Buna etiraz edən bina sakinləri bu gün səhər saatlarından etibarən Bakı Şəhəri İcra Hakimiyyəti ətrafına toplaşıb. BŞİH-nin rəhbəri Hacıbala Abutalıbov qərargaha yaxınlaşan kimi sakinlər onu mühasirəyə alıblar,  çətinliklə də olsa H.Abutalıbovla görüşüblər. BŞİH -nin başçısı sakinləri qəbul edib. (moderator.az)