30.12.2016-cı il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 3 milyard 974.4 milyon dollar təşkil edib. (Qeyd edək ki, ilk öncə Mərkəzi Bank ehtiyatların 4 milyard 5,5 milyon dollara düşdüyünü açıqlamışdı. Sonra rəqəmə düzəliş edildi)
“Marja” xəbər verir ki, Mərkəzi Bank Noyabr ayının sonunda 4 milyard 11 milyon dollar ehtiyata malik idi. Beləliklə, Dekabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 36,6 milyon dollar azalıb.
Mərkəzi Bankın Yanvar ayında keçirilmiş hərracda valyuta müdaxiləsi etdiyi bildirilir. Əgər bu baş vermişdirsə, Yanvar ayının sonuna ehtiyatlar bir qədər də azala bilər.
Valyuta ehtiyatları
Tarix | mln. ABŞ dolları |
30.12.2016 | 3974.4 |
30.11.2016 | 4011.0 |
31.10.2016 | 4005,5 |
30.09.2016 | 4132,7 |
31.08.2016 | 4192.5 |
29.07.2016 | 4162,9 |
30.06.2016 | 4283,9 |
31.05.2016 | 4284,3 |
29.04.2016 | 4120,6 |
31.03.2016 | 4065.8 |
29.02.2016 | 4026.3 |
29.01.2016 | 4398,5 |
30.12.2015 | 5016,7 |
30.11.2015 | 6245.6 |
30.10.2015 | 6834.6 |
30.09.2015 | 7014.7 |
31.08.2015 | 7315.4 |
31.07.2015 | 8501.5 |
30.06.2015 | 8520.2 |
29.05.2015 | 8430.8 |
30.04.2015 | 8387.9 |
31.03.2015 | 9472.1 |
28.02.2015 | 11004.4 |
31.01.2015 | 12680.8 |
31.12.2014 | 13758.3 |
30.11.2014 | 14996.3 |
31.10.2014 | 15033.6 |