Yanvarın 6-da Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Fuad Əhmədlinin həbs müddətini daha iki aylığa uzadıb.
Bu haqda F.Əhmədlinin vəkili Əsabəli Mustafayev bildirib.
Vəkilhesab edir ki, həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorluğun təqdimatı əsaslı olmayıb.
“Prokurorluq həbs qətimkan tədbirinin uzadılmasına səbəb kimi istintaq hərəkətlərinə ehtiyac olduğunu göstərir. Bu isə adamı həbs etdikdən sonra sübut toplamağa bənzəyir, hər halda bu təəssürat yaranır ”, deyən vəkil qeyd edir ki, həbsdə saxlanmaqdan ötrü ciddi şübhələr və bu şübhələri təsdiq edənsübutlar olmalıdır.
Ə.Mustafayev F.Əhmədli barədə belə mötəbər dəlil-sübut olmadığı qənaətindədir.
“Fuad Əhmədli nə istintaqdan qaçıb gizlənəndir, nə istintaqa təsir göstərmək imkanı var. Belə halda, onun həbsdə saxlanmasına ehtiyac yoxdur, bu milli qanunvericiliyin tələblərinə də ziddir”.
Ə.Mustafayev F.Əhmədlinin həbs olunması ilə bağlı sənədlərin, artıq Avropa İnsan Hüquqları Məhkəməsinə göndərildiyini, həbs müddətinin uzadılması ilə bağlı sənədlərin də göndəriləcəyini bildirib.
Əsabəli Mustafayev, Bakı, 14 yanvar 2012
Vəkil qeyd edib ki, həbs müddətinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.